Rəsmi Tehran İranın hava məkanının Azərbaycan təyyarələri üçün bağlı olması barədə yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Azinformasiya.Az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Tehran və Bakı arasında əlaqələrin normal olduğunu bildirib.
“İran hava məkanını heç vaxt Azərbaycan üçün bağlamayıb. İranın sərhədləri və hava məkanı Azərbaycan üçün açıqdır.
İran İslam Respublikası bir sıra məsələ barədə narahatlığını ifadə edib və onlar (Azərbaycan – red.) bunları aradan qaldıracaqlarını vəd ediblər”, – deyə Xətibzadə vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə AZAL İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmadığına dair açıqlama yayıb. Lakin sosial şəbəkələrdə İranın Azərbaycanın hərbi yüklərinin daşınması üçün hava məkanını bağlaması barədə xəbərlər yayılıb. Rəsmi Tehran bu məsələ ilə bağlı hələ açıqlama verməyib.