İranın Ali Rəhbəri İsrailin Hizbullah hədəflərini bombalamasına münasibət bildirib

“Sui-qəsdlər Hizbullahı sarsıtmayacaq”.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei İran-İraq müharibəsinin ildönümü ilə bağlı çıxışında deyib.

Xamenei “Hizbullahın önəmli üzvlərinin” öldürülməsinə toxunub.

O, bunun “itki” olduğunu etiraf edib. Lakin İranın Ali Rəhbəri bunların Hizbullaha “əhəmiyyətlli” zərbə vurmadığını da qeyd edib.

Qeyd edək ki, İsrail ordusu artıq bir neçə gündür Hizbullah hədəflərinə qarşı hava zərbələri endirir, nəticədə bir neçə Hizbullah komandiri zərərsizləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir