İranda yaşayış binasında partlayış baş verib, 21 nəfər yaralanıb

Tehranda yaşayış binasında partlayış olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata əsasən, üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla müşahidə olunan partlayış baş verib.

Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib.

İndiyə olan məlumata əsasən, hadisə nəticəsində 21 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir