Rəşt şəhərindəki Qaem xəstəxanasında səhər tezdən baş verən yanğın nəticəsində indiyə kimi 9 nəfər ölüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, ölənlərin sayının artacağı ehtimal olunur.
Hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır.
Azinformasiya.az