İranda təyyarənin qəzaya uğraması nəticəsində pilotlar ölüb

İranın təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

 

Azinformasiya.az İRNA- ya istinadən xəbər verir ki, hadisə iyulun 31-i səhər saatlarında İranın Alborz əyalətində yerləşən “Peyam” beynəlxalq hava limanında baş verib. İlkin məlumata əsasən, qəzaya səbəb texniki problem olub.

Məlumata görə, təyyarə “Bhutia Mahan Air Services” aviaşirkətinə məxsus olub. Qəza nəticəsində pilot-kursant Əmirhüseyn Mahmudi və pilot-təlimatçı Nəvid Ərəbi-Müqəddəm ölüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir