İranda etirazlar genişlənir, ölənlərin sayı artır

İranda hökumət əleyhinə etirazlar ərzində ölkəni silkələməsi nəticəsində azı 78 etirazçı öldürülüb, 2 600-dən çox insan isə saxlanılıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə CNN beynəlxalq insan haqları təşkilatına istinadən məlumat yayıb.

Aksiya və nümayişlər ağır iqtisadi şəraitin yaratdığı narazılıq fonunda ölkənin bütün əyalətlərini əhatə edərək 180-dən çox şəhərə yayılıb.

Məlumata əsasən, etirazçılar böyük insan kütlələrinə qarşı qəddar zorakılıqdan danışıblar. Məlumata görə, xəstəxanalarda “cəsədlərin bir-birinin üzərinə yığıldıb”. İranlı həkimin məlumatına əsasən, xəstəxanalar “son dərəcə xaotik vəziyyətdədir” və xəstələr hakimiyyətin sərt tədbirləri fonunda kimliklərinin müəyyən edilməsindən qorxurlar.

Müşahidəçi qurumun məlumatına əsasən, rəsmi qurumlar tərəfindən tətbiq edilən internet kəsintisi hələ də davam edir, ancaq Tehranda yaşayan sakinlər qeyd edib ki, bu addım etirazları dayandıra bilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir