İranda Əfqanıstan vətəndaşlarını daşıyan maşınlar qəza törədib, 4 nəfər ölüb, 21 yaralı var

İranın Zahidan bölgəsində Sərəvan-Kəlpurqan yolunda yaşanan yol qəzasında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

 

Azinformasiya.az  İran mediasına istinadən xəbər verir ki, Əfqanıstan vətəndaşlarını daşıyan iki nəqliyyat vasitəsi toqquşub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir