İranın cənubunda baş verən zəlzələdə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.
“Azinformasiya.Az” nun məlunatına görə, bu barədə yerli media hakimiyyət orqanlarına istinadən xəbər verir.
Bundan əvvəl Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.
İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.
“Azinformasiya.Az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.