İranın xarici işlər naziri Moskvada keçiriləcək dördtərəfli görüşdə iştirak edəcək.
Azinformasiya.az xəbər verir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib.
Sözçü qeyd edib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian 10 mayda Moskvada keçiriləcək Rusiya, Suriya, Türkiyə və İran XİN başçılarının dördtərəfli görüşündə iştirak edəcək.
Azinformasiya.az