İran XİN rəhbəri: İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq

İran və Azərbaycan xalqları, demək olar ki, regionda ən çox ortaq məxrəcə malik xalqlardır, xalqlarımız arasında ortaq sahələr və əlaqələr mövcuddur.

 

Azinformasiya.az xəbər verir ki, bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında bildirib.

“Biz ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələri və münasibətləri bərpa edəcəyimizə inanırıq”, – XİN başçısı vurğulayıb.

İranlı diplomat, həmçinin Cənubi Qafqazda bütün problemlərin sülh və danışıqlar yolu ilə həllini tapacağına inandıqlarını da diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir