İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur

BMT Təhlükəsizlik Şurası İsrailin aqressiv addımlarına qarşı səsini çıxara bilmədiyi üçün Tehranın HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməkdən başqa yolu yoxdur.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, Təhlükəsizlik Şurası tərəfindən hər hansı müvafiq tədbir görülmədiyi halda, İran İslam Respublikasının özünün qanuni müdafiə hüququndan istifadə etməkdən başqa seçimi yoxdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir