İran xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jean-Noel Barrot ilə telefon danışığı aparıb, Yaxın Şərqdə və Hörmüz boğazı ətrafında vəziyyət müzakirə edilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Abbas Əraqçi “Telegram”-da paylaşım edib.
Telefon danışığı zamanı regionda və Hörmüz boğazı ətrafında yaranmış qeyri-sabitl vəziyyət diqqət mərkəzində olub. Abbas Əraqçi bununla bağlı məsuliyyətin ABŞ və İsrailin üzərinə düşdüyünü söyləyib. Həmçinin İranın müdafiə xarakterli addımlarının yalnız regiondakı ABŞ-ın hərbi bazaları və obyektlərinə qarşı yönəldiyini və region ölkələrinə qarşı hücum kimi qiymətləndirilməməli olduğunu qeyd eidb.
Tərəflər bir sıra konsulluq məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar.
Azinformasiya.az