İran Prezidentinin andiçmə mərasiminin vaxtı dəyişdirilib

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin vaxtı dəyişdirilib.

 

Azinformasiya.az  IRNA-ya istinadən xəbər verir ki, yeni prezident iyulun 28-də and içərək, vəzifəsinin icrasına başlayacaq.

Mərasimdə ölkənin Ali dini lideri Ayətullah Seyyid Əli Xamenei, yüksək rütbəli hərbçilər, həmçinin müxtəlif ölkələrin səfirlik nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, bir müddət əvvəl İran Parlamentinin Rəyasət Heyətinin üzvü Müştəba Yusifi mərasiminin iyulun 30-da keçiriləcəyinə dair açıqlama vermişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir