İran Prezidenti Latın Amerikasına səfərə gedib

İran Prezidenti Seyid İbrahim Rəisi Latın Amerikası ölkələrinə səfərə gedib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “İRNA“ agentliyi məlumat yayıb.

Bildirilib ki, Rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikası turu çərçivəsində bu gün Venesuelaya gedib.

İran dövlət başçısı ikitərəfli münasibətləri gücləndirmək üçün Venesuela ilə yanaşı, Nikaraqua və Kubaya da səfər etməyi planlaşdırır.

Bu səfərin İran prezidentinin son 21 ayda 13-cü xarici səfəri olduğu bildirilib.

Nümayəndə heyətində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Prezident Administrasiyasının rəhbəri, İranın 13-cü hökumətinin neft naziri Cavad Ouci, İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Məhəmmədrza Gərayi Aştiani və digər rəsmi şəxslər yer alır.

Bundan başqa, qeyd olunub ki, İranla Venesuela, Nikaraqua və Kuba arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir