İran Prezidenti: Biz birlikdə problemlərimizi həll edə bilərik

Biz birlikdə problemlərimizi həll edə bilərik.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

İran Prezidenti deyib ki, ərazi bütövlüyünə hörmət etməklə, region ölkələri ilə regionumuzda məsələləri həll edə bilərik: “Şimaldan Cənuba, Şərqdən Qərbə yolları, dəhlizləri aça bilərik. Biz bəzilərinə aramızda ixtilaf yaratmasına yol verə bilmərik. Ailələrimiz arasında da əlaqələr var, bunu heç kim poza bilməz. Mən Prezident İlham Əliyevin bu istiqamətdə iradəsini görürəm. Bizim də iradəmiz belədir. Biz qərarlıyıq, qardaşımın da qərarlılığın hiss edirəm. Həm İran, həm Azərbaycan üçün yaxşı gələcək yarada bilərik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir