İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

İran parlamentinin vitse-spikeri Əli Nikzad ABŞ-ın İranla danışıqlar apardığı barədə iddiaları təkzib edib və Ali Rəhbərin bu danışıqlara icazə vermədiyini bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İranın “Fararu” agentliyi məlumat yayıb.

Onun sözlərinə əsasən, parlamentin spikeri Qalibafın ABŞ-la danışıqlar aparması iddiası da əsassızdır.

Nikzad vurğulayıb ki, müharibə, sülh və danışıqlar məsələsi ölkənin Ali Rəhbərinin səlahiyyətindədir və danışıqlara icazə verilməyib.

Nikzad Hörmuz boğazının da heç vaxt açılmayacağını bəyan edib. O həmçinin qeyd edib ki, bu mövzu ilə bağlı heç bir danışıq aparılmayıb və aparılmayacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir