İranın İnqilab Keşikçiləri Korpusu HAMAS lideri İsmayıl Haniyənin ölümünə görə qisas alınacağı barədə növbəti dəfə bəyanat verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, HAMAS rəhbərinin olduğu otağa atılan mərminin döyüş başlığının çəkisi 7 kiloqram olub.
“İsrail lazım olan anda törətdiyi əməlin ağırlıq dərəcəsinə uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaq”.
Azinformasiya.az