İran Liviyaya səfir təyin edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında söyləyib.
“İranın Liviyadakı səfirliyinə rəhbərlik etmək üçün uyğun şəxs seçilib və hazırda inzibati proses gedir. O, tezliklə Tripoliyə gedəcək”, – XİN sözçüsü diqqətə çatdırıb.
Azinformasiya.az