İran BMT TŞ-yə məktub yazıb, İsraillə gərginliyi artırmaq istəmədiyini bəyan edib

İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

 

Azinformasiya.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.

Qeyd olunub ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququndan istifadə edib, İsrailin 1 apreldəki hücumuna cavab verib. Bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir