İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatında görüşündə iştirakla bağlı hələ qərar verməyib.
Azinformasiya.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani “3+3” formatında növbəti görüşün yaxın vaxtlarda Türkiyədə baş tutacağını deyib.
“3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə Nazirlikdən bildirilib.
Azinformasiya.az