İrəvan meriyasına seçkilərin vaxtı açıqlanıb

Bu ilin 17 sentyabr tarixində İrəvanın yeni meri seçiləcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komitəsinin sədri Vaaqn Hovakimyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Mərkəzi Seçki Komitəsinin sədri seçkilərin tarixi ilə bağlı məsələnin Seçki Məcəlləsi ilə tənzimləndiyini və buna müvafiq olaraq, seçkilərin 10-20 sentyabr aralığında keçirilə biləcəyini qeyd edib.

“Bu dövrdə də cəmi bir bazar günü var ki, o da 17 sentyabrdır”, – deyə Hovakimyan bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir