İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZİNFORMASİYA.AZ xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.