İmişlidə yol qəzasında 17 yaşlı sakin ölüb

İmişlidə baş verən yol qəzasında yeniyetmə ölüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun Telişli kəndi ərazisində baş verib.

Minik maşının aşması nəticəsində 17 yaşlı yeniyetmə ağır xəsarətlərlə İmişli xəstəxanasına yerləşdirilib. Bir müddət sonra yeniyetmə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir