İmişlidə iki avtomobilin toqquşması nəticəsində 68 yaşlı qadın ölüb

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Azinformasiya.az xəbər verir ki, səhər radələrində sürücü Əlibəyli Səxavət Sabir oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə qarşıdan gələn sürücü İbrahimov Vüsal Qəzənfər oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Hyundai Elentra”da olan sərnişin, 1955-ci il təvəllüdlü İbrahimova Zenfira Məcid qızı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə rəğmən o dünyasını dəyişib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir