İmişlidə avtomobil aşıb.
Azinformasiya.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə Ağsu-Kürdəmir-İmişli magistral yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb.
Qəza nəticədəsində avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azinformasiya.az