Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu Aranlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Azinformasiya.az görüşdə Milli Məclisin deputatı Səyyad Salahlı da iştirak edib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev görüşdə partiyamızın bələdiyyə seçkilərində yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Təşkilat sədri İmişli seçicilərinin hər zaman dövlətçiliyə sədaqətini və Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyini ifadə edərək, bu dəfə də eyni dəstəyi göstərəcəklərinə inandığını bildirib.
Çıxış edən Milli Məclisin deputatı Səyyad Salahlı yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib. O, YAP-ın daim dövlətçiliyə xidmət etdiyini və YAP-ın fəaliyyətinin Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıb.
Bələdiyyə üzvlüyünə namizədlər Əliağa Abdullayev, Aqil Qəhrəmanov və Cahid Əliyev çıxışlarında həyata keçirilən islahatların bələdiyyələrin şəffaflıq və hesabatlılığını artırdığını bildiriblər. Həmçinin, namizədlər seçiləcəkləri təqdirdə bu istiqamətdə aktiv fəaliyyət göstərəcəklərini də səsləndiriblər.
Seçicilər isə bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Azinformasiya.az