İmam Xomeyni hava limanının talvarı uçub, yaralananlar var

Tehranın İmam Xomeyni hava limanının talvarı uçub.

 

Azinformasiya.az xəbər verir ki , hava limanının rəhbəri bildirib ki, yerüstü xidmətlərlə bağlı talvarın tikintisi və təyyarənin yerüstü avadanlıqlarının təmiri zamanı işçilər beton tökərkən talvar uçub.

Hadisə nəticəsində dağıntılar altında qalan 13 nəfərdən 11-i xəstəxanaya yerləşdirilib, digər 2 yaralıya isə ambulator yardım göstərilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir