İlon Mask: Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək

Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.

“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.

Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir