İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanı “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Azinformasiya.az  xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilsin”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir