“Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
“Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”, – dövlət başçısı bildirib.