İki minədək qaziyə əlillik verilib

Bu il reabilitasiya mərkəzlərində 5 mindən çox şəxsə xidmət göstərilib, əlilliyi olan şəxslərə 35 mindən çox reabilitasiya vasitəsi verilib, qazilərin yüksək texnologiyalı protezlə təminatı işlərinin davam etdirilir.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilib.

Əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturu təkmilləşdirildikcə, funksional imkanları, inteqrasiya dairəsi genişləndikcə tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması da təmin olunur. Bu məqsədlə “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi tətbiq edilib.

Bu il artıq 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, onlardan 12 mindən çoxuna ilkin, qalan hissəsinə təkrar əlillik təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir