İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin bu gün Azərbaycana səfərə gələcək.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Pakistanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx İƏT nümayəndə heyətinin Ağdam və Gəncəyə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, İƏT-in Təmas Qrupunun Azərbaycana bu səfəri həmrəyliyin təzahürüdür.