Husilər Yəmən sahillərində ABŞ-a məxsus, Marşal adalarının bayrağı altında üzən yük gəmisini vurub.
Azinformasiya.az “Al-Jazeera”ya istinadən xəbər verir ki, raket zərbəsi gəminin anbarında yanğına səbəb olsa da, yük gəmisinin yararlı olaraq qaldığı qeyd olunub.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Husilərə yaxın hərbi mənbə “Al-Jazeera”ya bildirib ki, gəmi ona yönəlmiş xəbərdarlıqları rədd etdikdən sonra hədəf alınıb.
Azinformasiya.az