Hulusi Akar: “Zəlzələ zamanı da terrorçuların hücum cəhdləri davam edib”

Türkiyədə baş verən zəlzələ zamanı da terrorçuların hücum cəhdləri davam edib.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, Türk Silahlı Qüvvələri bu cəhdlərin qarşısını alıb:

“Terrorçuların ədalətə təslim olmaqdan başqa çarələri yoxdur. Onlar bunu bilməlidirlər. Bundan başqa, terrorçulara helikopter verənlər, onlara dəstək göstərənlərin də bu səylərin əbəs olduğunu bilmələrini istəyirik. 40 ildir ki, başımıza bəla olan terrora son qoymaqda qətiyyətli və qərarlıyıq”.

Akar, eyni zamanda əlavə edib ki, TSQ-nə bu il ərzində daha 30 min personalın cəlb olunması gözlənilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir