Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə Kayseri şəhərində görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı Türkiyənin təşəbbüsü ilə yaradılan Taxıl dəhlizinin fasiləsiz fəaliyyət etməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Bu günə kimi 903 gəmi ilə ehtiyacı olan ölkələrə 28,3 milyon ton taxılın təhlükəsiz çatdırılmasının təmin edildiyi qeyd olunub.

Akar Ukraynada daha çox insan ölümünün qarşısının alınması, regionda sülh və sabitliyin bərpası üçün təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb.

Həmçinin nazir ölkəsinin regionda sülhün bərpa olunması və humanitar addımların atılmasında bundan sonra da üzərinə düşən vəzifəni yerinə yetirəcəyini də bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir