“Türkiyə rəhbərliyi Rusiya ilə tamhüquqlu dialoq aparmaq imkanını saxlamalı və Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynamalıdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar yanvarın 16-da Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya ilə kimsə danışmalıdır: “Dialoq olmazsa, çıxılmaz vəziyyətə düşəcəyik. Qərbdən Prezidentimizə (Rəcəb Tayyib Ərdoğana) minnətdarlıq gözləməliyik”.
Nazir bildirib ki, son bir ildə Rəcəb Tayyib Ərdoğan tez-tez Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi kimi çıxış edib: “O, Ukrayna lideri Vladimir Zelenski ilə danışdıqdan qısa müddət sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayıb, Kiyevdən Moskvaya mesajlar ötürüb”.