“Türkiyə Silahlı Qüvvələri dost və qardaşlarının hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda etdiyi çıxışında deyib.
Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhədlər xaricində mübarizəsini davam etdirdiyini qeyd edib.
“Azərbaycanın “gecə-gündüz”, “dağ-təpə”, “yay-qış” demədən “Ölsəm şəhid, qalsam qazi” anlayışı ilə mübarizəsində sona qədər yanında olacağıq”, – H.Akar bildirib.
Hulusi Akar Cümhuriyyət tarixinin ən gərgin əməliyyat dövrünün yaşandığını əlavə edib.