Son bir neçə həftə ərzində Çinin mərkəzində, Honq-Konqda B qrupu streptokok (Streptococcus agalactiae) infeksiyasının epidemiyası qeydə alınıb.
Azinformasiya.az xəbər verir ki, South China Morning Post-un məlumatına görə, ümumilikdə 27 yoluxma halı müəyyən edilib, onlardan 2-si ölümcül olub.
Məlumata görə, avqust və sentyabrın əvvəllərində yoluxmaların əhəmiyyətli artımı qeydə alınıb.
Xəstələr arasında 53 yaşdan 88 yaşa qədər 10 kişi və 17 qadın var.
Azinformasiya.az