Hindistanda yanğın baş verib, altısı uşaq olmaqla, azı 17 nəfər ölüb

Hindistanın Haydarabad şəhərində bazar günü bir binada qısaqapanma səbəbilə baş verən yanğında azı 17 nəfər həyatını itirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə AFP agentliyinin yerli hakimiyyət orqanlarına istinadla məlumat verib.

Yanğın binanın birinci mərtəbəsində başlayıb və sürətlə yuxarı mərtəbələrə yayılıb.

Telanqana əyalətinin Yanğından Mühafizə, Fövqəladə Hallara Reaksiya və Vətəndaş Müdafiəsi Departamentinin açıqlamasına əsasən, hadisəyə müdaxilə üçün təxminən on yanğınsöndürən maşın cəlb olunub.

Hindistanın Dağ-mədən Sənayesi naziri Kişan Reddinin verdiyi açıqlamaya əsasən, ilkin istintaq yanğının qısaqapanma nəticəsində baş verdiyini göstərir.

Həlak olanlar arasında 5 yaşadək 6 uşaq da var.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir