Hindistan və Çin 5 il sonra birbaşa uçuşları bərpa etmək barədə razılığa gəlib

Hindistan və Çin beş ildən sonra birbaşa hava əlaqəsini bərpa etmək barədə razılığa gəlib.

Azinformasiya.az  xəbər verir ki bu barədə Hindistan Xarici İşlər Nazirliyi bildirib.

Nazirlikdən verilən məlumata görə, hər iki tərəf yaxın tarixdə keçiriləcək görüşdə uçuşların bərpasını müzakirə edəcək.

Çinin Xarici İşlər Nazirliyi də məlumatı təsdiqləyib. Əlavə edilib ki, nazir müavinləri səviyyəsində rəsmilər arasında daha bir görüş iki ölkə arasında jurnalistlərin mübadiləsini asanlaşdırmaq üçün razılaşdırılıb.

Ötən gün isə Çinin xarici işlər naziri Vanq Yi Pekində Hindistanın xarici işlər naziri Vikram Misri ilə görüşüb. Çinli nazir iki ölkənin eyni istiqamətdə işləməli, daha əsaslı tədbirlər araşdırmalı və qarşılıqlı anlaşmaya sadiq qalmalı olduğunu bildirib.

Qeyd edək ki, mübahisəli Himalay sərhədlərində 2020-ci ildə baş vermiş hərbi toqquşmadan sonra qonşular arasında münasibətlərdə gərginlik yaranıb. Münasibətlər son dörd ayda bir neçə yüksək səviyyəli görüşlər, o cümlədən oktyabr ayında Rusiyada Çin lideri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi arasında danışıqlardan sonra yaxşılaşıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir