Hindistan ilk dəfə dolayı yolla Pakistanın Hindistan döyüş təyyarələrini vurduğunu təsdiqləyib.
Azinformasiya.az xəbər verir ki, bu haqda Hindistan ordusunun Baş Qərargah rəisi Anil Çauhan açıqlama verib.
“Yaxşı tərəfi odur ki, biz etdiyimiz taktiki səhvi anlaya bildik, onu düzəldə bildik, iki gün sonra onu yenidən həyata keçirə bildik və bütün təyyarələrimizi uzaq mənzilli hədəfləri vurmaq üçün geri uçurduq”, – o bildirib.
Qeyd edək ki, Pakistanın baş naziri Şahbaz Şərif bu yaxınlarda toqquşmalar zamanı Hindistanın 6 qırıcısını vurduqlarını, onlardan dördünün Fransa istehsalı olan “Rafale” qırıcısı olduğunu bildirib.
Hindistan hökuməti bundan əvvəl toqquşmalar zamanı hər hansı döyüş təyyarəsini itirib itirmədiyi ilə bağlı suala şərh verməkdən çəkinmişdi.
Azinformasiya.az