Hikmət Hacıyev Ukrayna səfirini qəbul edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskini qəbul edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna səfiri “X” hesabında yazıb.

“Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər yalnız ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə etmək və həll etmək imkanı deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığını konkret addımlar və iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir”, – Ukrayna səfiri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir