Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeeni qəbul edib.
Azinformasiya.az xəbər verir ki, bununla bağlı pakistanlı diplomat “X” hesabında paylaşım edib.
.
Görüşdə ölkələr arasında əməkdaşlığın gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
“Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə yeni təkan verəcək”, – səfir vurğulayıb.
Azinformasiya.az