“22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün həmkarları təbrik edirəm. 149-cu ildönümünü qeyd edən milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçmişdir”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
O, 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan KİV nümayəndələrini təbrik edib.
Azinformasiya.az