Hikmət Hacıyev İsrail XİN-in baş direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi ilə görüşü baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailə səfəri çərçivəsində Hikmət Hacıyev bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.

Görüşdə rəsmilərin ikitərəfli münasibətləri və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdikləri qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir