Hikmət Hacıyev Fələstin səfirini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyəti başa çatan Fələstin Dövlətinin səfiri Nasser Abdul Kərimi qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Fələstin səfirliyinin “Facebook” hesabında paylaşım edilib.

Diplomat səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkür edib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, habelə, gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir