Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” hesabında yazıb.
“Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, həmçinin geniş spektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə – COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutudu”, – azərbaycanlı səfir qeyd edib.
Qeyd edək ki, Hikmət Hacıyev Britaniya səfəri çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya üzrə dövlət naziri Tariq Mahmud Əhməd, Britaniya XİN-də siyasi direktor Kristian Törner və XİN-in iqlim məsələləri üzrə rəsmi şəxsləri də görüşüb. Görüş zamanı ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub.
Azinformasiya.az