Hikmət Hacıyev: Beş il əvvəl desəydim ki, Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, fantaziya kimi qəbul oluna bilərdi

“Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi”.

Azinformasiya.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“Bu gün bu görüntü reallığa çevrilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Koordinasiya Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq”, – Hikmət Hacıyev qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir