Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Prezidentin köməkçisi X səhifəsindəki hesabında yazıb.

“Ceyk Sallivanla çox məzmunlu görüş keçirdik. Biz ölkələrimiz arasında əməkdaşlığı və əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, – deyə Hikmət Hacıyev vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir