Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy haqqında” məsələyə baxılıb.
Azinformasiya.Az xəbər verir ki, iclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.
Qeyd edilib ki, V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında, hazırda isə Aparatın rəhbəri kimi çalışır.
Ötən dövr ərzində Milli Məclis ilə Hesablama Palatası arasında peşəkar əlaqələrin kifayət qədər inkişaf etdiyini vurğulayan Tahir Mirkişili deyib:
“Büdcə layihələrində, onların icrasında, qanun layihələrinə rəy verməkdə, bütövlükdə Hesablama Palatası ilə Milli Məclis arasında məsələlərin müzakirə edilməsində qurumun hazırkı kadr ehtiyatı parlament üçün kifayət qədər vacibdir”.